Millimizin heyəti açıqlandı

Apelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatı üçün yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Şaban Donat 10 güləşçiyə şans verib. Dağıstana Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubov (130 kq) yollanacaqlar.

Qeyd edək ki, aprelin 30-da 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq, mayın 1-də 60 kq, 67 kq, 72kq, 82 kq və 97 kq çəki dərəcələri üzrə təsnifat görüşləri keçiriləcək. Medal görüşləri isə müvafiq olaraq, mayın 1 və 2-də olacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right