İdmançılarımızdan daha iki qızıl medal

Bu həftəsonu Almaniyanın paytaxtı Berlində gənclər arasında beynəlxalq turnir baş tutub. 

Newsport.az AGF-nin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi təmsil etmək üçün həmin şəhərə yollanan kişi idman gimnastikası üzrə yığma komandamız 23 ölkə arasında fərqlənməyi bacarıb. 
 
Belə ki, millimizin üzvü, gənc gimnastımız Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək, qızıl medala sahiblənib. Təmsilçimiz dəstəli at üzərində hərəkətlərinə görə 12.850 xalla, paralel qollarda isə 13.250 xalla birinciliyi əldə edib. 
 
Qeyd edək ki turnirdə çıxışına görə isə Səməd hakimlərdən 11.150 xal alaraq, 4-cü yerdə qərarlaşıb. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right