Federasiya kuboku uğrunda 5 bölgənin komandası mübarizə apardı

Cüdo federasiyasının qarşısında duran başlıca məsələlərdən biri bölgələrdə kütləviliyə nail olmaqdır.

Newsport.az-ın məlumatına görə, ACF-nin dəstəyi ilə bir neçə rayonda zallar yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar.

Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

Federasiyanın dəstəyi ilə növbəti yarış Masallıda keçirilib. Regionlararası Federasiya kuboku uğrunda 5 bölgənin komandası mübarizə aparıb.

Daha yaxşı nəticə göstərən “Bakı-1” mərhələ yarışının qalibi olub. “Qərb-1” klubu 2-ci, “Cənub-1” 3-cü yeri tutub. Yeniyetmələrin komanda yarışının növbəti mərhələsi Şirvanda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right