Fikrət Orman: "Beşiktaş" Azərbaycandan olan seçmə futbolçularla dostluq görüşü keçirəcək"

"Azərbaycan bizim canımız, qanımızdı. Biz bir millət, iki dövlətik. "Beşiktaş" hər iki dövləti təmsil edir".

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycana səfər edən Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikret Orman deyib. 

Ölkəmizdə onun adına futbol turniri təşkil ediləcək. Klub prezidenti Azərbaycan "Beşiktaş"lılar Dərnəyi tərəfindən təşkil olunan turnirin açılışını etmək üçün Bakıya səfər edib. O, 1903 Qara Qartallar Dərnəyinin prezidenti Cengiz Sarıkaya ilə birlikdə ölkəmizdə yaşayan "Beşiktaş" azarkeşləri ilə də görüş keçirib.

Klub prezidenti Azərbaycana səfərindən, ölkəmizlə bağlı planlardan danışıb: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçiriləcək. Cümhuriyyətin şərəfinə Azərbaycanda oyun keçirəcəyik. Çox güman ki, "Beşiktaş" Azərbaycandan olan seçmə futbolçularla dostluq görüşü keçirəcək. Azərbaycanla bağlı bir çox planlarımız var. Bakıda "Beşiktaş"ın rəsmi mağazasının açılışını edəcəyik".  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right