Azərbaycan çempionu məlum oldu Yenilənir

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mükafatçılar bəlli olub.

Newsport.az xəbər verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində təşkil olunan final mərhələsinin həlledici görüşündə son çempion “Lokomotiv” və debutant “Sərhədçi” kollektivləri qarşılaşıb. İlk oyunda hər 3 seti qələbə ilə tamamlayan “dəmiryolçular” bu dəfə də oyuna yaxşı başlayıblar. Fərid Calalovun baş məşqçilik etdiyi kollektiv əvvəlcə 25:15, ardınca 25:16 irəli çıxıb. Lakin 3-cü setdə “sərhədçilər” bir qədər toparlanıblar. Hissəni 25:21 xeyrinə bitirən Ziya Rəcəbovun baş məşqçilik etdiyi kollektiv ümumi hesabda fərqi azaldıb, 1:2. Lakin 4-cü setdə görüşün taleyinə aydınlıq gəlib. Gərgin keçən hissənin sonunda “Lokomotiv” 28:26 qalib gəlib Bununla da 3:1 hesablı qələbə “dəmiryolçular”ın çempionluğunu rəsmiləşdirib. “Lokomotiv” ardıcıl ikinci mövsüm Azərbaycan Yüksək Liqasının qızıl medallarına yiyələnib.

Bu qarşılaşmadan əvvəl Sərhədçi İdman Olimpiya Mərkəzinə toplaşanlar 3-cü yer uğrunda görüşü izləyiblər. Burada “Neftçi” və MOİK komandaları üz-üzə gəlib. İlk qarşılaşmada 3:1 hesabı ilə qalib gələn "ağ-qaralar" ikinci görüşdə də diktə edən tərəf olublar.

İlk setdə 25:22 öndə olan "Neftçi", növbəti hissədə 5 xal fərqi ilə irəli çıxıb. 3-cü setdə isə üstünlük "hərbiçilər"in tərəfinə keçib, 25:22. Qarşılaşmanın 4-cü hissəsi isə həlledici olub. Seti 6 xal fərqlə tamamlayan "ağ-qaralar" ikinci qələbələrini qazanıblar. İlk oyunda da 3:1 qalib gələn "Neftçi" ölkə çempionatının bürünc medallarını təmin edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right