Azərbaycanın hər 3 ulduzu heç-heçə ilə başladı FOTO

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri start götürüb.

Newsport.az-ın məlumatına görə, beşinci dəfə keçirilən turnirin ilk turunda təmsilçilərimizdən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.

Tərəflər heç-heçəyə razılaşıblar. Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla, Rauf Məmmədov isə çexiyalı David Navara ilə qarşılaşıb.

Onlar da rəqibləri ilə "sülh bağlayıblar". Ümumilikdə, ilk turda qələbə qazanan olmayıb. İsveçrə sistemiylə keçiriləcək turnir 9 turdan ibarət olacaq.

Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748) 0,5:0,5
Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778) 0,5:0,5
Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) 0,5:0,5
David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704) 0,5:0,5





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right