Azərbaycan gimnastları II Avropa Oyunlarına ilk lisenziyalarını əldə etdi

Azərbaycan gimnastları 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına ilk lisenziyalarını əldə ediblər.

Newsport.az-ın məlumatına görə, Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında 2 kişi və 2 qadın batutçu bu hüquqa yiyələniblər.

Azərbaycan millisi Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlarda maksimum sayla – 4 idmançı təmsil olunacaq.

Həmçinin ötən həftə Belçikanın Antverpen şəhərindəki dünya çempionatında qarışıq cütlüyün uğurlu çıxışları onların da Avropa Oyunlarına yolunu açıb.

“Bakı 2015” I Avropa Oyunlarında olduğu kimi, “Minsk 2019”da da gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah