Azərbaycan cüdoçularının Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi

Aprelin 20-də Polşanın paytaxtı Varşavada start götürəcək cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. 

Newsport.az -ın məlumatına görə, Azərbaycanı təmsil edəcək 9 kişi və 2 qadın cüdoçunun ilk rəqibləri püşk nəticəsində müəyyənləşib.

İlk yarış günündə Orxan Səfərov, Nicat Şıxəlizadə, Aişə Qurbanlı və Nəzakət Əzizova, aprelin 21-də Rüstəm Orucov, Hidayət Heydərov və Rüfət İsmayılov, aprelin 22-də isə Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov və Uşangi Kokauri tatami üzərinə çıxacaq. Bundan başqa Azərbaycan cüdoçularının komanda yarışlarında iştirakı da nəzərdə tutulub. Avropa çempionatında 41 ölkədən 369 idmançı (226 kişi, 143 qadın) mübarizə aparacaq.


Kişilər
60 kq. 1/8 final. Orxan Səfərov - Matyaj Trboviç (Sloveniya) / Morits Plafki (Almaniya) cütünün qalibi
66 kq. 1/16 final. Nicat Şıxəlizadə - Manuel Şeybel (Almaniya)
73 kq. 1/16 final. Rüstəm Orucov - Rudolf Kurtides (Kipr) / Andre Seppa (Estoniya) cütünün qalibi
73 kq. 1/16 final. Hidayət Heydərov - Regimantas Rıbinas (Litva) / Xavyer Ramires (İspaniya) cütünün qalibi
81 kq. 1/16 final. Rüfət İsmayılov - Kristian Toniste (Estoniya)
90 kq. 1/16 final. Məmmədəli Mehdiyev - İon Dumbrava (Moldova)
100 kq. 1/16 final. Elmar Qasımov - Filipp Qalandi (Almaniya)
100 kq. 1/16 final. Elxan Məmmədov - Vinçentso D Arko (İtaliya)
+100 kq. 1/8 final. Uşangi Kokauri - Harun Sadıkoviç (Bosniya və Herseqovina)


Qadınlar
48 kq. 1/16 final. Aişə Qurbanlı - Gülkader Şentürk (Türkiyə)
52 kq. 1/16 final. Nəzakət Əzizova - Reka Pupp (Macarıstan)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right