Rich Binder: "Azərbaycan Güləş Federasiyası ilə sıx münasibətlərimiz var"

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları zamanı ABŞ Güləş Federasiyasının icraçı direktoru Rich Binder AGF-nin saytına müsahibə verib. 

Newsport.az saytının məlumatına görəDünya Kubokunun finalında dünya güləşinin iki güclü ölkəsinin qarşılaşacağını deyən icraçı direktor Azərbaycan komandasını Ayovada gördüklərindən məmnunluğunu bildirib. Final görüşü ilə bağlı proqnoz vermək istəməyən federasiya rəsmisi gərgin qarşılaşma olacağını bildirib:

"Hər iki komanda güclüdür və bugünkü final qarşılaşmasının güləşçiləri daha fərqli səviyyəyə yüksəldəcəyinə inanıram. Azərbaycan Güləş Federasiyası ilə yüksək səviyyədə əməkdaşlığımız var. Azərbaycan Güləş Federasiyası ilə sıx və yaxın münasibətlərimiz var. Bü münasibətləri davam etdirmək, daha da inkişaf etdirmək istəyirik. Bizim üçün bu əlaqələr çox vacibdir.

Dəfələrlə Bakıda olduğunu deyən Rich Binder ölkəmizə heyranlığını bildirib: 

"Dünya çempionatında, həm də Qızıl Qran Pri turnir çərçivəsində Azərbaycanda olmuşam. Dünya çempionatında yunan-Roma güləşçilərimizin ilk dəfə komanda şəklində qalib olmasını xoş xatirələrlə yad edirik. Biz Azərbaycanda olmağı çox istəyirik, çünki çox gözəl bir yerdir. Bakı gözəl şəhərdir. Azərbaycan xalqı üçün güləş çox önəmli bir idman növüdür. Düşünürəm ki, güləşin inkişafı ölkənin mədəniyyəti ilə sıx bağlıdır və biz Azərbaycanda bunu görürük."





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right