DK-2018: komanda nümayəndələri və hakimlərin iclası keçirilib

ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kuboku yarışları çərçivəsində bu gün komanda nümayəndələrinin və yarışı idarə edəcək hakimlərin seminarı keçirilib. 

Newsport.az saytının məlumatına görə, Dünya Güləş Birliyinin texniki nümayəndələri ABŞ Güləş Federasiyasının vitse-prezidenti Stan Dziedzic və Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho, yarışın hakim-instruktorları İbrahim Cicioğlu (Türkiyə) və Zach Errettin (ABŞ) rəhbərliyi ilə keçirilən seminarda əvvəlcə güləş qaydalarına edilən son dəyişikliklər barədə məlumat verilib. Komanda nümayəndələrindən və hakimlərdən yeni qaydalara qarşı daha diqqətli olmaq və DGB-nin yarış qaydalarına riayət etmək tövsiyə edilib. 

Daha sonra 7 apreldə start götürəcək Dünya Kuboku yarışının təşkilati məsələləri müzakirə edilib, komanda nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. 

Komanda nümayəndələrinin seminarında AGF 1-ci vitse-prezidenti, sərbəst güləş yığmasının baş məşqçisi Firdovsi Umudov, baş katib Orxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Qurbanov, hakimlərin seminarında isə, beynəlxalq dərəcəli hakim Natiq Hacıyev iştirak edib. 

Məlumat üçün bildirək ki, Dünya Kuboku yarışları 7-8 aprel tarixlərində ABŞ-ın Ayova şəhərində keçiriləcək. Azərbaycan yığma komandası qrup görüşləri çərçivəsində Kuba, Qazaxıstan və Monqolustan komandaları ilə mübarizə aparacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right