“Qırmızı rəng idman üçün vacibdir”

Monako knyazı İkinci Alber bildirib ki, Ferrari Formula1 üçün çox vacibdir.

Newsport.az xəbər verir ki, “qırmızılar”ın prezidenti Sercio Markionne 2021-ci ildəki mühərrik reqlamentindən narazıdır və buna görə də Liberty Media-nı idmandan gedəcəyi ilə bağlı təhdid edir.

Knyaz Alber: “Ferrari və Monako Qran Prisi idmanın dəyərləridir. Ferrari-nin idmanda inanılmaz keçmişi var və qırmızı bolidlər haqqında çoxlu əfsanə var. Bu bolidlər yarış dünyasının əsas simvollarındandırlar. Formula1-i onlarsız təsəvvür etmək olmaz”.

Knyaz Alber eyni zamanda Formula1-in yeni sahibləri olan Liberty Media-nın gördüyü işdən razıdır: “Formula1-in yeni sahiblərinin əyləncə hesabına idmana azarkeş cəlb etmək ideyası çox vacibdir. Onlar ancaq avtoidman fanlarını yox, fərqli ölkələrdəki daha böyük kütləni hədəfləyirlər. Sosial şəbəkə hesabına buun mümkün olub-olmayacağını bilmirəm. Amma azarkeşlərlə sürücülər və komandalar arasındakı məsafəni azaltmaq lazımdır”. (F-1.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right