“ShamkirChess 2018”-in iştirakçıları məlum oldu

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi turnirin iştirakçıları məlum olub.

Newsport.az xəbər verir ki, “ShamkirChess 2018”-də 10 şahmatçı qüvvəsini sınayacaq. Maqnus Karlsen (Norveç), Vladimir Kramnik (Rusiya), Dinq Liren (Çin), Sergey Karyakin (Rusiya), Aniş Giri (Hollandiya), Veselin Topalov (Bolqarıstan) və David Navara (Çexiya) turnirdə iştirak edəcək. Azərbaycanı bu yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edəcək.

Turnirinin açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev mərkəzində olacaq. Yarış 9 turdan ibarət olacaq və aprelin 28-də başa çatacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right