Millimizin II yeri tutduğu Dünya Kubokunda gülməli final

Rusiyanın paytaxtı Moskvada sambo idman növünün yaradıcılarından biri olmuş Anatoli Xarlampiyevin şərəfinə Dünya Kuboku yarışı keçirilib.

Newsport.az-ın məlumatına görə, döyüş sambosu üzrə (samboçular burada dəbilqə ilə tatamiyə çıxırlar – S.T.) +100 kq çəki dərəcəsində maraqlı, həm də gülüş doğuracaq bir görüş baş tutub.

Finalda rusiyalı Paşa Xarxaçayevlə indoneziyalı Şexar Patole qarşılaşıb. Meydan sahibi samboçusunun anidən bir hərəkətindən sonra asiyalı idmançı rəqibinin zərbəsindən qorxaraq arxasını çevirib və bu zala toplaşmış tamaşaçıların gülüşünə səbəb olub.

Qeyd edək ki, 26 ölkədən 200-dən artıq samboçunun iştirak etdiyi bu mötəbər yarışda Azərbaycandan fəxri kürsünün ən yüksək pilləsinə Mehman Xəlilovla (57 kq) Emil Həsənov (68 kq) yüksəlib.

Ümumi komanda hesabında Azərbaycan yığması II yeri tutub. İlk yerə isə gözlənildiyi kimi, sambonun yaradıcısı olan ruslar yiyələnib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right