Prezident onun istədiyi zaman komandadan gedə biləcəyini bildirdi

"Red Bull" komandasının sahibi Diter Mateşiç maraqlı açıqlamaları ilə diqqət mərkəzində düşüb. 

Newsport.az xəbər verir ki, o, komandanın avstraliyalı pilotu Daniel Rikkardonun istədiyi zaman sıralarımızdan gedə biləcəyini açıqlayıb: 

“Rikkardonun qalıb-qalmayacağını bilmirəm. Bunu özündən soruşun. Uzun müddət bir komandada çıxış etdikdən sonra yeni macəra axtara bilər. Xüsusən də güclü komandalar təklif göndərdikdən sonra düşünməsi məntiqlidir. Əgər getmək istəsə, əlimizdən heç nə gəlməz. Lakin qalmaq istəsə, xoşbəxt olarıq. Getsə, Toro Rosso və başqa komandalarda yarışan keyfiyyətli sürücülərimiz var. Lakin indidən bu barədə danışmaq doğru olmaz. Danielin qərarını gözləyirik”.

Qeyd edək ki, Rikardonun ilin sonunda müqaviləsi başa çatacaq. Amma 28 yaşlı sürücü yeni müqavilə bağlamağa tələsmir.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right