İdmançılırımız antidopinq seminarına qatılacaq

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraedici Şurası üzvlüyü dayandırılmış milli federasiyalar üçün maarifləndirici seminar təşkil edəcək.

Newsport.az xəbər verir ki, tədbir iyunda Rusiyanın paytaxtı Moskvada Ümumdünya Antidopinq Agentliyinin vasitəçiliyi ilə keçiriləcək. Seminara Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Moldova, Türkiyə, Ukrayna, Qazaxıstan və Çin nümayəndələri qatılacaq. Onların IWF üzvlüyü 2017-ci ilin sentyabrında 1 il müddətinə dayandırılıb. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında bu ölkələrin ağırlıqqaldıranlarından götürülmüş dopinq-testlərin təkrar müayinələrinin müsbət nəticə verməsidir.

IWF-nin antidopinq siyasətində tətbiq etdiyi yeni qaydaya əsasən, milli federasiya öz antidopinq öhdəliyini yerinə yetirməsə və təmiz idmançılarının yarışlarda iştirakını təmin edə bilməsə, beynəlxalq yarışlarda iştirak hüququnu 4 il müddətinədək itirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right