Bolqarıstan turnirində ilk gün 1 qızıl və 1 bürünc medal

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilir. 

Newsport.az saytının məlumatına görəilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. 

Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev (72 kq) ilk olaraq Polşa, ardınca Rumıniya idmançısını vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Fransa təmsilçisi olub. Vaxtından əvvəl rəqibini məğlub edən Rəsul Çunayev turnirin qızıl medalını qazanıb.  

65 kq çəkidə mübarizə aparan qadın güləşçimiz Elis Manolova ilk olaraq Yunanıstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Ardınca Rusiya idmançısından üstün olan güləşçimiz yarımfinalda Çexiya təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Elsi Manolovanın rəqibi Macarıstan idmançısı olub. Rəqibini üstələyən güləşçimiz turnirin bürünc medalına sahib olub.  

Martın 24-də yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaq. 

Yunan-Roma güləşi 
72 kq
FİNAL - Evrik Nikogosyan (FRA) - Rəsul Çunayev 0:8 (87 san)
1/2 final - Rəsul Çunayev - Cengiz Arslan (TUR) 5:1
1/4 final - Ilie Cojocari (ROU) - Rəsul Çunayev 0:9
1/8 final - Bartlomej Klimek (POL) - Rəsul Çunayev 0:5 (tuşe, 74 san)

Qadın güləşi 
65 kq 
Bürünc medal görüşü - Gabriela Sleisz (HUN) - Elis Manolova 3:7
1/2 final - Atela Hanzlickova (CZE) - Elis Manolova 7:1
1/4 final - Elis Manolova - Elizaveta Sorokina (RUS) 6:2
1/8 final - Tsaknaki Virginia (GRE) - Elis Manolova 0:5 tuşe

  

  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right