Mariya Stadnik qızıl, Elman Muxtarov bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilib

Newsport.az saytının məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçilərimizdən Elis Manolova (65 kq) bürünc medal qazanıb. 

Son gün isə yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulub. 

Bütün rəqiblərini tam üstünlüklə məğlub edən Mariya Stadnik turnirin finalına yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə qalib gələn güləşçimiz turnirin baş mükafatını qazanıb. 

İlk görüşündə məğlub olsa da rəqibin finala yüksəlməsilə bürünc medal şansı qazanan Elman Muxtarov bu şansdan maksimum yararlanıb. Əvvəlcə Yaponiya, ardınca isə Türkiyə idmançısına qalib gələn güləşçimiz turnirin bürünc mesalını qazanıb. 

Beləliklə, məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 2 güləşçi ilə Bolqarıstana yollanan yunan-Roma yığmamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Eyni sayda güləşçi ilə təmsil olunduğumuz qadın güləşi yarışlarında da yığmamız 1 qızıl və 1 bürünc medala sahib olub. 

Yunan-Roma güləşi 
67 kq 
Bürünc medal görüşü - Elman Muxtarov - V. Çakıl (TUR) 8:2
Təsəlliverici görüş - Elman Muxtarov - Şimoyamada Tsuçika (JPN) 8:0
1/8 final - Murat Fırat (TUR) - Elman Muxtarov 8:0

Qadın güləşi
50 kq 
FİNAL - Mariya Stadnik - Milana Dadaşova (RUS) 14:4
1/2 final - Mariya Stadnik - Nadejda Sokolova (RUS) 14:4
1/4 final - Agata Walerzak (POL) - Mariya Stadnik 0:10 (52 san.)
1/8 final - Mariya Stadnik - Tabatha Grunewald (FRA) 11:0 (87 san.)

     

   





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right