Məmmədyarov So ilə də heç-heçəyə razılaşdı

Almaniyanın paytaxtı Berlində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində 11-ci turun görüşləri keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu turda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Qara fiqurlarla mübarizə aparan şahmatçımız yenə yarım xalla kifayətlənməli olub. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.

Bununla da Məmmədyarov turnirdə 9-cu dəfə xalları yarı bölüb. Məğlubiyyət tanımayan 33 yaşlı qrossmeysterimizin 2 qələbəsi var.

Turnir cədvəlinə Karuana başçılıq edir. Liderdən yarım xal geri qalan Məmmədyarov isə 2-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right