Şəhriyar Məmmədyarov İddiaçılar turnirində lideri məğlub edə bilmədi

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində X tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb.

Görüş 58-ci gedişdə heç-heçə ilə yekunlaşıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib.

Bu nəticədən sonra Karuana liderliyini davam etdirib. Aktivində 2 qələbə və 8 heç-heçə olan Məmmədyarov isə ikincidir.

Turun digər görüşləri:

Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5

Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) - 1:0

Din Lijen (Çin) - Uesli So (ABŞ) - 0.5:0.5

 

9 turdan sonra Karuana 6,5 xalla vahid liderdir. Məmmədyarov 6 xalla 2-ci, Qrişuk 5,5 xalla 3-cü yerdə qərarlaşıb.

 

4-5-ci pillələrdəki Karyakin və Din Lijen hərəyə 5 xalla bölüşür. 6-cı pillədəki Kramnikin 4,5, 7-ci pillədəki Sonun 4, 8-ci pillədəki Aronyanın 3,5 xalı var.

 

İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right