Gələn ay dünyanın ən güclü şahmat ustaları Azərbaycana təşrif buyuracaqlar.
Newsport.az xəbər verir ki, Şəmkirdə keçirilən 5-ci Vüqar Həşimov memorialında iştirak edəcək iştirakçıların siyahısı açıqlanıb. Yarışda dünyanın bir nömrəli şahmatçılarından olan Maqnus Karlsen də iştirak edəcək.
Qeyd edək ki, Aprelin 18-də başlayacaq Şəmkir Chess Turnirində aşağıdakı şahmatçılar iştirak edəcək:
Maqnus Karlsen, Şəhriyar Məmmədyarov, Vladimir Kramnik, Dinq Liren, Aniş Giri, Sergey Karyakin, Veselin Topalov, Teymur Rəcəbov, David Navara, Rauf Məmmədov.