İran vətəndaşına qarşı quldurluq edən futbolçunun cəzası yüngülləşdirlidi

Bakı Apellyasiya Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Newsport.az xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, həmin şəxslərin ittiham olunduqları quldurluq (181) maddəsi soyğunçuluq (180) maddəsinə tövsif edilib. Məmmədovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 ilə, digərlərinin cəzası isə 3 il 6 aya endirilib. (report)

 

Qeyd edək ki, həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər.

 

Məhkəmə istintaqı dövründə üç nəfərdən yalnız Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Atayev və Məmmədov barəsində məhkəmə istintaqı dövründə həbs qətimkan tədbiri seçilsə də, onlar sonradan azadlığa buraxılıblar.

 

Təqsirləndirilən şəxslərdən Miqdar Məmmədov futbolçudu. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub.

 

Məlum olub ki, saxlanılanlardan Məmmədov Məhərrəmovun qaynıdı. Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs ediliblər. Atayevlə Məmmədov isə 4 il azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right