Şəhriyar heç-heçəyə razılaşdı

Almaniyanın Berlin şəhərində keçirilən şahmat tacına iddiaçıların turniri davam edir. 

Newsport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov turnirin VII turunda Aleksandr Qrişukla üz-üzə gəlib. Ötən turda ağ fiqurlarla Vladimir Kramnikə qalib gələn Məmmədyarov bu dəfə qara fiqurlarla oynayıb. Görüş erkən heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, Şəhriyar hazırda Fabiano Karuana ilə birlikdə turnir cədvəlinin 1-2-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right