Yeniyetmə güləşçilər Avropa çempionatına Xaçmaz və Astarada hazırlaşır

23-29 aprel 2018-ci il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı keçiriləcək. 

Newsport.az-ın məlumatına görəÇempionata yüksək səviyyədə hazırlıq keçmək məqsədilə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandaların üzvləri Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Martın 11-dən 24-dək keçirilən təlim-məşq toplanışında ümumilikdə 42 idmançı iştirak edir. 

Yeniyetmə, gənc və böyüklərdən ibarət qadın güləşi üzrə yığma komandaların üzvləri isə təlim-məşq toplanışlarını Astara Olimpiya İdman Kompleksində davam etdirir. Toplanışda yığma komandanın 17 üzvü ilə yanaşı, Özbəkistan yığma komandasının 9 üzvü də iştirak edir. Martın 12-dən başlayan təlim-məşq toplanışı ayın 25-dək davam edəcək. 

Məlumat üçün bildirək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziyalar da Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right