Şəhriyar yenə heç-heçə etdi

Berlində keçirilən şahmat tacına iddiaçıların turniri davam edir. 

Newsport.az-ın məlumatına görə, beşinci turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinglə üz-üzə gəlib.

Çinli rəqibinə qarşı qara fiqurlarla oynayan Məmmədyarov son 3 turda olduğu kimi, bu dəfə də heç-heçə ilə kifayətlənib. Tərəflər 31-ci gedişdə yarım xala razılaşıblar.

Qeyd edək ki, hazırda aktivində 3 xalı olan qrossmeysterimiz lider Fabiano Karuanadan yarım xal geri qalır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right