Sümük xərçəngi xəstəliyinə görə, bir ayağını itirən amerikalı snoubord ustası Breanna Hakebi öz inadkarlığı ilə bütün dünyanın diqqətini özünə cəlb etməyi bacarıb.
Newsport.az xəbər verir ki, Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən paralimpiyada da snoubord yarışlarında iştirak edən Breanna Hakebi "Sports Illustrated" nəşrinə açıqlama verib.
22 yaşlı snoubordçu, özü ilə qürur duyduğunu və uşaqlara kumir sayılacaq isan olmaq istədiyini bildirib:
"Özümlə qürur duyduğumu bütün dünyaya bəyan etməyim mənim üçün motivasiyadır. Xərçəng xəstəliynə görə bir ayağımı itirmişəm. Həyatda bir ayaqla mübarizə aparıram. Uşaqlar üçün kumir sayılacaq insan olmaq istəyirəm. Hər kəs özünü cazibədar hiss etməlidir. Özünüzə güvənərkən bədəninizin necə görünməsinin əhəmiyyəti yoxdur. İdman mənim həyatımı dəyişdi və mən də çox insanın mənim kimi olmasını istəyirəm".