Bu gün qrossmeysterimiz Şəhriyar Məmmədyarov növbəti sınağına çıxacaq.
Newsport.az xəbər verir ki, Berlində keçirilən şahmat üzrə beynəlxalq turnirdə ölkəmizi təmsil edən Şəhriyar trinirin 2-ci turunda, bu dəfə erməni şahmatçı Levon Aronyanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, şahmatçımız ilk görüşdə rusiyalı Andrey Karyakini məğlub edib.