Azərbaycan cüdoçuları Avropa kubokunda 2 medal qazandı

Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Newsport.az-ın məlumatına görə, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 medal qazanıblar.

Qızların yarışında Vüsalə Kərimova(44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qızıl medalına sahib olub. 48 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva Antalya turnirinin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, Avropa kuboku yarışına martın 4-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right