AFFA-nın mərhum prezidentinin bacısı qətlə yetirildi

Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib.

Newsport.az xəbər verir ki, hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində, ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə olub. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.

Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşaq qızının meyiti aşkarlanıb. 

 Hüquq-mühafizə orqanlarından verdiyi məlumata görə, Ər və arvadın qətlə yetirildiyi bildirilir. meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Pakizə Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdı və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

Qeyd edək ki, fevralın 15-də isə Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev dünyasını dəyişib. Onun idarə etdiyi avtomobil Sabirabad rayonunun Həşimxanlı kəndində su kanalına aşıb. (Apasport.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right