Nenad Laloviç Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə seçilib

Cənubi Koreyanın Pxençxan şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 132-ci Sessiyası keçirilib. Sessiya zamanı BOK İcraiyyə Komitəsinə seçkilər də keçirilib. 

Newsport.az-ın məlumatına görəDünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç qarşıdakı 4 il müddətinə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib. 

BOK-a və BOK İcraiyyə Komitəsinə güləş idman növü üzrə seçilən ilk təmsilçi kimi tarixə düşən Nenad Laloviç Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq.

Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil  Məmmədov Dünya Güləş Birliyinin prezidenti  Nenad Laloviçi BOK İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, güləş idman növünün inkişafı yolunda bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb. 

Məlumat üçün bildirək ki, Nenad Laloviç 2015-ci ildə etibarən Beynəlxalq Olimpiya Komitəsinə üzvdür. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right