Bu gün 23-cü Qış Olimpiya Oyunlarının Açılış mərasimi baş tutacaq

Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində 23-cü Qış Olimpiya Oyunlarının Açılış mərasimi baş tutacaq.

Newsport.az xəbər verir ki, Oyunlarda Azərbaycanın nümayəndə heyətinə Milli Olimpia Komitəsinin sədrinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək. Onunla yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və digər şəxslər Pxençxana yollanıblar.

Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.

Qeyd edək ki, Olimpiya Stadionunda baş tutacaq tədbir, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right