BOK İcraiyyə Komitəsinə seçkilər keçirilib

Cənubi Koreyanın Pxençxan şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 132-ci Sessiyası keçirilib.

Newsport.az xəbər verir ki, sessiya zamanı BOK İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Belə ki, Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç qarşıdakı 4 il müddətinə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib. 

BOK-a və BOK İcraiyyə Komitəsinə güləş idman növü üzrə seçilən ilk təmsilçi kimi tarixə düşən Nenad Laloviç Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq.

Qeyd edək ki, Nenad Laloviç 2015-ci ildə etibarən Beynəlxalq Olimpiya Komitəsinə üzvdür. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right