Təxti Kubokunda sərbəst güləşçilərimiz 4 bürünc medal qazandı Yenilənib

İran İslam Respublikasının Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçirilib. 23 ölkədən 190-a yaxın idmançının iştirak etdiyi turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparıb. 

Newsport.az-ın məlumatına görə, yığmamızın üzvləri turniri 4 bürünc medalla başa vurub. Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüdə yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Bürünc medal görüşləri 
70 kq - Mansur Syrgak (KGZ) Coşqun Əzimov 2:6
79 kq - Rustam Dudayev (UKR) - Murad Süleymanov 6:11
86 kq - Hacımurad Məhəmmədsəidov (AZE) - Osman Gosen (TUR) 11:0
92 kq - Cavid Sadıqov - Batzul Ulziisaikhan (MGL) 0:5
97 kq - Abazar İslami (İRİ) - Roman Bəkirov 6:8

Təsəlliverici görüşlər 
61 kq - Elçin Vəliyev - Mohammad Maliki (İRİ) 0:3
61 kq - Elçin Vəliyev - Pərviz İbrahimov 3:0
86 kq - Saken Aitjanov (KAZ) - Hacımurad Məhəmmədsəidov 0:3

1/2 final 
70 kq - Coşqun Əzimov - Giorgi Sulava (GEO) 2:7
79 kq - Mihaly Nagy (HUN) - Murad Süleymanov 7:6
97 kq - Roman Bəkirov - Amir Mohammadi (İRİ) 8:8*

1/4 final 
70 kq - Narek Sirunyan (ARM) - Coşqun Əzimov 2:9
79 kq - Ali Şabanau (BLR) - Murad Süleymanov 5:6
86 kq - Kamran Ghasempur (İRİ) - Hacımurad Məhəmmədsəidov 8:5
92 kq - Araşk Mohebi (İRİ) - Cavid Sadıqov 11:4
97 kq - Roman Bəkirov - Faruk Akkoyun (TUR) 4:2

1/8 final 
61 kq - Niurhun Skrabin (BLR) - Pərviz İbrahimov 10:6
70 kq - Batyr Orazgylyjov (TKM) - Coşqun Əzimov 1:6
70 kq - Pənah İlyaslı - Mustafa Kaya (TUR) 0:5
79 kq - Engin İsmail (BUL) - Murad Süleymanov 0:10
86 kq - Hacımurad Məhəmmədsəidov - Saxob Nimatzoda (TJK) 10:0
97 kq - Zviad Metreveli (GEO) - Roman Bəkirov 0:10
125 kq - Elyas Baxtiyari (İRİ) - Umar İsrailov 5:0

1/16 final 
61 kq - Pərviz İbrahimov - Levan Murtsxvaladze (GEO) 8:1
61 kq - Elçin Vəliyev - Niurhun Skrabin (BLR) 0:10
70 kq - Zafer Dama (TUR) - Pənah İlyaslı 1:1*
86 kq - Dato Piruzaşvili (GEO) - İbrahim Yusubov 5:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right