Şəhriyar mötəbər turnirdə üçüncülüyə razılaşdı

Hollandiyanın Veyk an Zeey şəhərində keçirilən ənənəvi "Tata Steel Chess" turnirinə yekun vurulub.

Newsport.az xəbər verir ki, türnirdə ölkəmizi təmsil edən qrossmeysterimiz Şəhriyar Məmmədyarov 13-cü turda hindistanlı Vişvanatan Anandla qarşılaşıb və sonda hər iki tərəf sülhə razı olublar.

Bununlada xallarının sayını 8,5-ə çatdıran Şəhriyar turniri 3-cü pillədə başa vurub.1-2-ci  yerləri bölüşən norveçli Maqnus Karlsen və hollandiyalı Anşi Qri isə, bütün əmsallarda eyni nəticə göstərdikləri üçün birincilik uğrunda daha bir oyun keçirəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right