Yığmanın üzvlərindən 1 qızıl və 1 gümüş medal Foto

İran İslam Respublikasının Mehşəhr şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri başa çatıb. 

Newsport.az xəbər verir ki, Yığmamızın üzvləri turniri 1 qızıl və 1 bürünc  medalla tamamlayıblar. Belə ki, bütün rəqiblərini üstələyən Orxan Nuriyev (97 kq) turnirin qızıl medalına sahib olub. Həlledici görüşdə güləşçimiz Türkiyə təmsilçisi, Rio Olimpiadasının bürünc medalçısı Cenk İldem üzərində inamlı qələbə qazanıb. 

Bürünc medalı isə yığmamıza Türmən Eyyubov (97 kq) qazandırıb. İdmançımız finalda, İran təmsilçisi Mohammed Yeganehlə gərgin keçən qarşılaşmada qalib gəlib.
 

Qeyd edək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Qitə və Dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək. İlin ilk reytinq siyahısı mart ayında açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right