Millimizin üzvləri döşək üzərinə çıxır

Bu gündən etibarən İran İslam Respublikasının Mehşəhr şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri start götürüb.

Newsport.az xəbər verir ki,  turnir yunan-Roma güləşçilərinin reytinq xallarının hesablanacağı ilk yarışdır. Yunan-Roma güləşi üzrə ölkəmizi təmsiı edəcək heyətdə, baş məşqçisi Şaban Donat və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında - Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi 55 kq), Sakit Quliyev, Murad Bazarov (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (72 kq), Nəsir Həsənov (77 kq), Türmən Eyyubov və Orxan Nuriyev (hər ikisi 97 kq) yer alıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edəcək. 

Qeyd edək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Qitə və Dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək. Yarış iki gün (25-26 yanvar) davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right