Hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib Foto

Xəbər verdiyimiz kimi, Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.

Newsport.az xəbər verir ki, beynəlxalq seminarda iştirak etmiş Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və Regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov yeni qaydalarla cüdoçularımızı məlumatlandırmaq üçün Bakıda seminar keçirib.

Azərbaycan Cüdo Federasiyasının Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hər iki mütəxəssis cüdonun yeni qayda və qanunlarının tədbiqini əyani şəkildə göstəriblər. Qəbul edilmiş yeni qaydalar cüdoçulara ətraflı izah edilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right