Şəhriyar Məmmədyarov öz rekordunu yenilədi

Hollandiyanın Veyk-An-Zee şəhərində "Tata Steel Masters" turniri davam edir.

Newsport.az xəbər verir ki, bu mötəbər turnirdə ölkəmizi qossmeysterimiz Şəhriyar Məmmədyarov təmsil edir. Beş turdan sonra Qiri Aniş, Vişvanatan Anand və Şəhriyyar Məmmədyarov hərəyə 3 xal yarım toplayaraq, 1-ci, 3-cü yerləri bölüşürlər. Nəzərinizə çatdıraq ki, bu gün istirahət edən iştirakçılar, sabahdan etibarən yarışlara davam edəcəklər.

Əlavə edək ki, Məmmədyarov öz rekordunu yeniləyib. Belə ki, ilk rekordu 2807 reyting xalı olan həmyerlimiz, bunu 2810-a çatdırıb və hal-hazırda fidenin sıralama reytingində dünya ikincisidir. O, təkcə norveçli Maqnus Karlsendən geri qalır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right