AGF-nin yeni sədri iş başında Fotolar

 Azərbaycan Güləş Federasiyasında yığma komandaların məşqçi heyəti ilə görüş keçirilib.

Newsport.az xəbər verir ki, Federasiyanın 1-ci vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə bu günə qədər görülən işlər, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb. O, həmçinin bu günə qədər qazanılan uğurlar və görülən işləri davam etdirmək, nəticələri daha da yaxşılaşdırmaq üçün çalışacaqlarını bildirib: 


2018-ci ilin güləşçilərimiz üçün əhəmiyyətinə toxunan Firdovsi Umudov əsas hədəfin yeniyetmələrin Yay Olimpiya Oyunlarında maksimum sayda güləşçi ilə iştirak və yüksək əyarlı medallar olduğunu diqqətə çadırıb:

"Qarşıda bizi bütün yaş kateqoriyalarında Avropa və Dünya çempionatları, yeniyetmə güləşçilərin Yay Olimpiya Oyunları gözləyir. Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında da ən azı Sinqapur və Nanjinq Olimpiadalarındakı uğuru təkrarlamalıyıq. İllik təqvim planımız bəllidir, güləşçilərimiz məşqləri plana uyğun olaraq davam etdirir. 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarına qədər hazırlıqlarımız ən yüksək səviyyədə davam edəcək. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şərait qarşılığında idmançılarımız xalqımızı yeni-yeni qələbələrlə sevindirəcək." 

Görüşün sonunda yığma komandaların məşqçilərinin gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib.

Qeyd edək ki, Firdovsi Umudov ötən gün AGF-nin 1-ci vitse-prezidenti təyin olunub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right