"Qəbələ" yeni müqavilə imzalayıb

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb.

 

Newsport.az xəbər verir ki, idmançı “Fight Night”lə anlaşma imzalayıb. Müqaviləyə əsasən, yüngül çəkidə mübarizə aparan 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə qüvvəsini sınayacaq.  

 

Peşəkar karyerasına 2013-cü ildə başlayan Abbasov indiyədək 20 döyüş keçirib. 17 qələbə qazanıb, 3 dəfə uduzan döyüşçümüz 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında “Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right