Ölkə çempionumuzun rəqibi müəyyənləşib

Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin bütün cütləri bəllidir.

 

Newsport.az  xəbər verir ki, ölkə çempionu “Lokomotiv” Yunanıstanın “Olimpiakos” klubu ilə üz-üzə gələcək. Komandamız mərhələ adlayacağı halda, “Parnu” (Estoniya) – “Menen” (Belçika) cütünün güclüsü ilə qarşılaşacaq.

 

Sizə 1/8 final mərhələsinin bütün cütlətini təqdim edirik: 

 

“Qazprom-Uqra” (Rusiya) – “Orion” (Hollandiya)

“Karlovarsko” (Çexiya) – “Bioqas” (İsveçrə)

 

“Olimpiakos” (Yunanıstan) - “Lokomotiv” (Azərbaycan)

“Parnu” (Estoniya) – “Menen” (Belçika)

 

“Maliye Piyanqo” (Türkiyə) - “Stroitel” (Belarus)

“Montana” (Bolqarıstan) – “Foinikas” (Yunanıstan)

 

“Styaua” (Rumıniya) – “Lisboa” (Portuqaliya)

“Bunqe” (İtaliya) – “Brno” (Çexiya)

 

Qeyd edək ki, komandalar arasında ilk matç 16-18 yanvarda, cavab görüşləri 30 yanvar – 1 fevralda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right