"Qəbələ"nin idmançısından ilk heç-heçə

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı idmançı Rusiyanın Yekaterinburq şəhərində keçirilən “Extra Round5” turnirində iştirak edib. Superağır çəki dərəcəsində rinqə çıxan Atakişiyev Ukrayna təmsilçisi German Skobenko ilə üz-üzə gəlib. 6 raund davam edən döyüşdə qalib müəyyənləşməyib.

Bu, Zamiqin peşəkar rinqdə ilk heç-heçəsidir. Yekaterinburqdakı döyüşə qədər 4 qarşılaşmaya çıxan boksçu bütün rəqiblərinə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right