“Bu, illərdir çəkdiyim əziyyətin bəhrəsidir” – Hacı Əliyev

“İlin idmançı”sı seçildiyim üçün çox sevinirəm. Bu, neçə illərdir çəkdiyim əziyyətin bəhrəsidir. Mənə səs verənlərə təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, qazandığım nəticələrə qiymət verirlər. 3 qat dünya çempionu olmaqla tarix yazdım. Buna görə çox şadam. Ölkə başçısından, bir çox insanlardan təbriklər eşitdim. Yeni ildə də yeni nailiyyətlər qazanacam ki, yenə ən yaxşı idmançılardan biri olum”.

Newsport.az-ın məlumatına görə, bu sözləri İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində “İlin idmançısı” mükafatına layiq görülən sərbəst güləş üzrə 3 qat dünya çempionu Hacı Əliyev deyib. Tədbirdən sonra təəssüratlarını bölüşən güləşçi əvvəlki problemlərin geridə qaldığını bildirib.

Son vaxtlar Güləş Federasiyasında maddi problem yaranması ilə bağlı xəbərlərə də aydınlıq gətirən dünya çempionu idmançılara diqqət və qayğı göstərilməsinin önəmini vurğulayıb:

“Hər bir problem həll olunub. Artıq hər şey qaydasındadır. Hər bir sahədə problem olur. İndi işlər yolundadır. Bunun nəticəsidir ki, 3-cü dəfə dünya çempionu oldum. Əlimizdən gələni edəcəyik ki, yeni uğurlar qazanaq”.

H. Əliyev son dünya çempionatında qızıl medal sayının az olmasının səbəblərinə də toxunub: “Hər şey idmançının hazırlığından asılıdır. Hər bir yarışın öz çətinliyi var. Son dünya çempionatında məğlub olan idmançılarımızın daha yaxşı hazırlaşıb növbəti turnirlərdə uğurlu nəticə qazanacaqlarına əminəm”.

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Vergilər Naziri vəzifəsindən azad olunması ilə bağlı suala Hacı Əliyev belə cavab verib: “Bununla bağlı nəsə danışmaq idmançıya düşməz. Hər bir güləşçi istəyər ki, diqqətdən kənarda qalmasın. Çünki idmançıya qayğı olanda o, daha yaxşı nəticə göstərir. Kim gəlirsə gəlsin, əsas odur ki, idmana diqqət və qayğı göstərsin. Biz də beynəlxalq arenada uğurlar qazanaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right