"Neftçi” PFK daha bir layihəyə qoşulur.

"Neftçi” PFK daha bir layihəyə qoşulur. 

Newsport.az xəbər verir ki, "Neftçi" uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan sosial layihə  "ASAN məktub”la uşaqların arzularını həyata keçirəcək. Klubun futbolçuları yeni il ərəfəsində "ASAN məktub" portalına (asanmektub.az) müraciət edən 10 uşağı seçərək onlarla görüşəcək. "Bakcell Arena"da baş tutacaq görüşdə uşaqlar komandanın ev oyunlarını keçirdiyi stadionla tanış olub "Neftçi" PFK-nın muzeyini ziyarət edəcək.

Qeyd edək ki, sonda əsas heyətin futbolçuları seçdikləri uşaqlara yeni il hədiyyələri təqdim edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right