Azərbaycan çempionu Portuqaliya klubunu məğlub yola saldı

Kişi voleybolçular arasında Çağırış kuboku turnirində 1/16 final mərhələsinin ilk matçları keçirilib.

Newsport.az-ın məlumatına görə, mərhələnin son oyun günündə Azərbaycan çempionu “Lokomotiv” də meydana çıxıb. Təmsilçimiz doğma meydanda Portuqaliyanın “Fonte Bastrado” klubu ilə üz-üzə gəlib.

İlk mərhələdə Kipr “Apoel”ini mübarizədən kənarlaşdıran “dəmiryolçular” bu dəfə də ilk oyunda qələbə qazanıblar. Rəqibə sadəcə, bir setdə sevinmək imkanı verən “Lokomotiv” 3:1 hesabıyla üstün olub.

Çağırış kuboku

1/16 final, ilk oyun

7 dekabr

Lokomotiv (Azərbaycan) - Fonte Bastrado (Portuqaliya) 3:1 (25:23, 21:25, 28:26, 25:20)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right