UEFA ictimaiyyətə 2020-ci ildə keçiriləcək Avropa çempionatının açılış oyununun baş tutacağı şəhərin adını açıqlayıb.
Newsport.az xəbər verir ki, turnirə İtaliyanın paytaxtı Romada start veriləcək. Xatırladaq ki, açılış matçı ilə yanaşı AÇ-2020-nin qrup görüşlərinin oynanılacağı şəhərlərin adına da aydınlıq gəlib. Belə ki,oyunlar içərisində A qrupunun matçlarını paytaxtımız qəbul edəcək. Nəzərinizə çatdıraq ki, Bakı ilə yanaşı Roma da A qrupunun oyunlarını qəbul edəcək. 3 oyun Bakıda baş tutacaq. 1/4 finalın bir görüşü də ölkəmizdə keçiriləcək.
Qeyd edək ki, yarım finallar və final görüşləri Londonda baş tutacaq.
A qupu: Roma və Baku
B qrupu: Sant Peterburq və Kopenhagen
C qrupu: Amsterdam və Buxarest
D qrupu: London və Qlazqo
E qrupu: Bilbao və Dublin
F qrupu: Münhen və Budapeşt