Rusiya Olimpiadadan uzaqlaşdırıldı

Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə (BOK) üzvlüyü dayandırılıb. 

Newsport.az-ın məlumatına görə, BOK-un bu gün keçirilən iclasında Rusiya idmançılarının gələn Cənubi Koreyanın Pxyonçxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarından kənarda qalması haqda qərar qəbul edilib. 

3 il əvvəl Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarında iştirak etmiş bütün rus idmançılardan dopinq testlər götürüləcək. Yasaqlı maddələrdən istifadə etməmiş idmançılar sərbəst şəkildə 2018-ci il Qış Olimpiadasına qatıla biləcəklər.

Lakin onlardan hansısa biri çempion olacağı halda Beynəlxalq Olimpiya Komitəsinin (İOC) bayrağı dalğalandırılacaq və himni səsləndiriləcək. 

Rusiya isə ölkə olaraq Pxyonçxan təmsil olunmayacaq. Şimal qonşularımızın nə himni, nə də bayrağı burada nümayiş etdirilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right