Yığmamızın lideri dünya üçüncüsüdür

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. 

Newsport.az xəbər verir ki, dekabr üçün müəyyənləşən kişi şahmatçıların reytinqində yığmamızın lideri Şəhriyar Məmmədyarov müstəqillik tariximizdə ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. Ötən ayla müqayisədə 1 pillə irəliləyən qrossmeyster 2799 xalla Maqnus Karlsen (Norveç, 2837) və Levon Aronyanı (Ermənistan, 2805) izləyir.
 
Qeyd edək ki, Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç 43-cü (2705) pillədə yer alıb.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right