Taekvandoçularımız qran-pri turnirinə yollanır

Taekvondo idman növünün 2017-ci il Qran-Pri yarışlarının final mərhələsi keçiriləcək.

Newsport.az xəbər verir ki, Rusiyanın Moskva şəhərində startı verilən Qran-Pri turniri Mərakeş və Böyük Britaniyanın ardından Fildişi Sahilinin Ədibcan şəhərində başa çatacaq. Yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət milli yığma komandamızın dörd üzvü bu gün Əbidcana yollanır.

Belə ki, Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsaev (+80 kq 437.70 ) və Milad Beigi Hərçəqani (-80 kq 472.36 xal), eləcə də 207.69 xalla 7-ci pillədə qərarlaşan Ayxan Tağızadə, 161.94 xalla 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi -68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaq. Yarışlar 2-3 dekabr tarixlərində keçiriləcək. Qeyd edək ki, qalib idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan isə 28.8 reytinq xalı əlavə etmiş olacaq.

Qeyd edək ki, baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov vəböyük məqşi Rəşad Əhmədovun rəhbərliyi ilə turnirə yollanan taekvondoçularımız dekbırın 5-də vətənə dönəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right