Güləşçilərimiz "Day of Children" beynəlxalq turnirində iştirak edəcək

21-25 noyabr 2017-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçiriləcək. 

Newsport.az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcək. 

Məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi altında mübarizə aparacaq sərbəst güləş yığmamızın heyətində Rəşad Ağayev (32 kq), Murad Məmmədzadə (35 kq), Heydər Nuriyev (38 kq), Fəqan Mirzəyev (42 kq), Ruslan Şıxıyev (47 kq), Məhəmmədəli Quliyev (53 kq), Sabir Cəfərov (59 kq), Varis Mehdizadə (66 kq), Valeh Həmidov (73 kq) və Cəfərsadiq Muradlı (85 kq) yer alıb. 

Noyabrın 24-25-də məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rahim Həsənov (32 kq), Emil Əliyev (35 kq), Rəşad Həsənli (38 kq), Cavidan Məmmədli (42 kq), Qurban Qurbanov (47 kq), Elmir Əliyev (53 kq), Əli Əliyev (59 kq), Rauf Əliyev (66 kq), Eldar Məmmədov (73 kq) və Laçın Vəliyev (85 kq) turnirə qoşulacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right