"Formula-1" pilotu Ronaldoya təəriflər yağdırıb

İspaniyalı məşhur "Formula-1" pilotu Fernando Alonso azarkeşi olduğu “Real”ın oyunçuları haqqında fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, “Maklaren Honda”nın sürücüsü Ronaldonu Messidən üstün saydığını deyib. “Mən “Real” azarkeşi olmaq üçün doğulmuşam. Mənim üçün Ronaldo Messidən yaxşı futbolçudu. Təbii ki, Messi çox istedadlıdı, amma mən “Real” fanatıyam. Madridlilərin braziliyalı oyunçuları Kasemiro və Marselo heyranıyam. Amma dünya çempionu olmaq şansları az görünür”. 

Qeyd edək ki, 36 yaşlı ispaniyalı pilot 32 dəfə "Formula-1" yarışlarının qalibi olmağı bacarıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right